Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Newsport.az xəbər verir ki, yığmamız 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 8:3.
Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.