Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunacaq

Oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək.

Bu barədə Newsport.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Kişilərdən Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Təhməzov (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (80 kq), Eltac Qafarov (87 kq), qadınlardan Minayə Əkbərova (46 kq) və Səmərrux Osmanova (49 kq) dayanq üzərinə çıxacaqlar.

Yığma qurumun icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında yarışa yollanıb.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right