AÇ: Azərbaycan millisi ikinci oyunda uduzdu

Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.

Newsport.az xəbər verir ki, millimiz bu dəfə Ukrayna ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 78:65.

Təmsilçimiz qrupda növbəti matçını sabah Litva yığmasına qarşı keçirəcək.

Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right