Azərbaycan boksçuları Özbəkistanda toplanışa başlayıblar

Boks üzrə kadetlərdən ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışına başlayıb.

Newsport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq 15 gün davam edəcək.

Boksçular Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.

Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right