Azərbaycan boksçusu Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (50 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.

Bu barədə Newsport.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

O, 1/4 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib.

Nəticədə boksçu adını yarımfinala yazdırıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya Kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right