Azərbaycan çempionatında ilk finalçı bəlli oldu

Azərbaycan Basketbol Liqasında ilk finalçı bəlli olub.

Newsport.az xəbər verir ki, “Sabah” finala vəsiqə qazanıb. 

Paytaxt təmsilçisi yarımfinal mərhələsinin ikinci oyununda da “Şəki”ni məğlub edib. Azərbaycanın son çempionu bu dəfə rəqibinə 96:72 qalib gəlib. 

Xatırladaq ki, ilk görüşdə “Sabah” “Şəki”ni 86:73 məğlub etmişdi. Yarımfinalın digər cütündə isə “Neftçi” və “Abşeron” qarşılaşacaq. İlk görüşdən sonra hesab “Neftçi”nin 1:0 xeyrinədir. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right