Gənc sərbəst güləşçilər Vladiqafqazda qüvvələrini sınayacaq

12-14 noyabr 2015-ci il tarixlərdə Rusiya Federasiyasının Vladikavkaz şəhərində əməkdar idman ustası Yuriy Qusovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında (1995-1997-ci il təvəllüdlü) beynəlxalq turnir keçiriləcək.

Newsport.az-ın məlumatına görə, sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında turnirdə iştirak edəcək.

Heyətdə Əliabbas Rzazadə (50 kq), Qadisa Qeriya (60 kq), Orxan Abbasov, Kamil Hüseynov (hər ikisi 66 kq), İsmayıl Abdullayev (74 kq), Murad Xalıqov, Axra Cergeniya (hər ikisi 84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi Murad Əliyev təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right