"Neftçi" İdman Klubu Avrora komanda yarışında 3-cü yer tutdu

Bu gün Fransanın Orlean şəhərində Avropa klubları arasında komanda yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə,AQF-in 1-ci vitse-prezideni Yaşar Məmmədov bu baradə məlumat verib, bu rəqabətdə ölkəmizi «Neftçi» İdman Klubunun sablyaçıları – Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük təmsil edib.

1/4 finalda İngiltərə «London»una 45:31 qalib gələn qızlarımız, yarımfinalda Polşa «Varşava»sına 40:45 uduzublar. 5000 tamaşaçının izlədiyi arenada «neftçilər» Parisin «Metro» klubu ilə birgə bürünc medala sahib çıxıb. Gələn ilk keçiriləcək eyni yarışda bu rəqabətdə yarımfinala adlayan komandaların bütün xərclərini təşkilatçı ölkə çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right