Həsrətin çempionluq hədəfi: Bu, komanda yoldaşlarıma pis təsir etdi

“Olimpiya Oyunları ən nüfuzlu yarış sayılır. Amma şəxsən məndə heç bir stress olmadı”. Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Vətənə qayıdan Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı jurnalistlərə açıqlama verib. O, güləşçilərimizin Olimpiadada açılışı yaxşı etmədiklərini dilə gətirib: “Bu isə komanda yoldaşlarıma mənfi təsir göstərdi. Yunan-Roma güləşində yeganə medalı son gündə mən qazandım. Vətənə medalla döndüyüm üçün sevincliyəm. Bundan sonra daha yaxşı hazırlaşmalıyam. Növbəti olimpiadalarda çempion olmağa çalışacağam”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right