“Tottenhem”in debütantı: “Qarabağ” açıq futbol oynamaqdan çəkinmədi”

"Oyun bizim üçün çətin alındı. "Qarabağ" yaxşı komandadır, güclü futbolçuları var. Ona görə də bizə asan olmadı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Tottenhem" klubunun müdafiəçisi Kevin Vimmer deyib. 
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı 90 dəqiqə mübarizə aparan avstriyalı futbolçu London klubunda debüt edib. Matçdan sonra o, oyun haqda fikirlərini klub saytına açıqlayıb: 
 
"Biz 90 dəqiqə ərzində onları təzyiq altında saxlamağa çalışdıq. Amma onlar açıq futbol oynamaqdan çəkinmədilər. Sona qədər öz oyunlarını sərgiləməyə çalışdılar”. 
 
Vimmer qrupu da dəyərləndirib: "Qrupumuzun çox çətin olduğunu bilirik. Ona görə də start matçında qələbə qazanmaq vacib idi. Artıq "Monako"ya qarşı növbəti oyunumuzu düşünməyimiz lazımdır. Ümid edirəm ki, orda da qələbə qazanacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right