"Qarabağ"ın "Olimpiya" ilə oyunöncəsi məşqinin tarixi bəlli oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Newsport.az klubun mətbuat xidmətinin istinadən xəbər verir ki, Qurban Qurbanovun mətbuat konfransı avqustun 30-u saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:30-da isə media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi 20:00-da, mətbuat konfransı isə 21:20-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Qeyd: Media mənsubları media biletlərini və akkreditasiyalarını avqustun 30-u saat 12:00-dan 18:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right