“Olimpiya”nın yarımmüdafiəçisi Svit Seşlar Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Lyublyanada “Qarabağ”a məğlubiyyəti (0:2) şərh edib.
Newsport.az-ın məlumatına görə, “Ekipa”ya açıqlama verən sloveniyalı oyunçu bunları deyib:“Qarabağ”a qarşı oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli komandadır. Azərbaycan çempionu “Ludoqorets”dən kompakt oynayır. Amma mən düşünürəm ki, biz vəziyyəti düzəldə bilərik. Azarkeşlər bizə inanmalıdırlar”.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" matçı avqustun 31-də Bakıda keçiriləcək.