"Qarabağ" Avropa Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Sloveniyada "Olimpiya"nı 2:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib:
- Futbolçularımı təbrik edirəm. Ümumən çox yaxşı oyun keçdi. Hər iki komanda topla davranmağı xoşlayırdı. Maraqlı, düşünülmüş hücumlar oldu. Bu, hələ ilk oyundur. Buradakı oyundan sonra "Olimpiya"ya daha ciddi yanaşmalıyıq. Çünki, bu komandanın potensialı çox böyükdür. Rəqib istənilən an təhlükəli vəziyyətlər yaradırdı. Bu oyun bizi arxayınlaşdırmalı deyil. Bakıdakı matçda çox ciddi olacağıq. Qarşıdakı 90 dəqiqədə xeyli güc sərf etməliyik.
- Əsas hansı komponentdə "Olimpiya"nı üstələdiz?
- Burada deməyim düzgün olmaz. Oyunun əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Amma get-gedə oyunun meydanın rəqibə aid olan hissəsində qura bildik. Burada pressinqimiz pis alınmadı. "Olimpiya"nı qapımıza yaxın buraxanda dərhal təhlükə yarada bilirdilər. Bəlkə də ən vacib komponent bu oldu.
- İlk qolu standart vəziyyətdən başla vurdunuz. Bu, "Qarabağ"a xas olan bir şey deyil. Bunun üzərində işləmişdiz?
- Biz bütün komponentlərin üzərində hazırlaşırıq. Bəli, bu gün daha uğurlu oldu. Deməzdim ki, oyunu sırf bunun üzərində qurmuşduq. Amma daha çox buna üstünlük vermişdik. Uğurlu ötürmə və uğurlu qol oldu.