"Qarabağ"ın oyunu niyə canlı yayımlanmır?

"Qarabağ"ın Avropa Liqası pley-off nmərhələsinin "Olimpiya" ilə səfər oyunu canlı yayımlanmır.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, matçın yayımlanmamasının məsuliyyəti "İdman Azərbaycan" kanalının üzərindədir:

"Hörmətli azarkeşlər!

“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdür. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilmir.

Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right