Qurban Qurbanov: "3-4 gündən bir oynayırıq, komandada yorğunçuluq var"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiya" ilə Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin ilk oyunu üçün Lyublyana yola düşməzdən əvvəl jurnalistlər üçün brifinq keçirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun çalışdırıcısı oyunöncəsi komandadakı durumu şərh edib:

"Marko Veşoviçi bilirsiz, Bədavi Hüseynov da zədəlidir. Qalan hamı düşərgədədir, hər şey qaydasındadır. Hazırlığımıza gəldikdə, çalışdıq ki, komandanın yorğunçuluğu azalsın. Çünki həqiqətən komandada yorğunçuluq var. Son vaxtlarda 3-4 gündən bir oyun oynayırıq, səfərə çıxırıq. Vəziyyəti tam tənzimləyə bilməmişik. "Olimpiya" matçına qədər bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Turnirin ilk vacib anlarının son mərhələsidir. Çalışacağıq ki, düzgün konsentrasiya olaq. Futbolçularımın təcrübəsi yorğunçuluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər".

Qurban Qurbanov Sloveniya çempionu barədə də fikirlərini açıqlayıb: "Olimpiya” yaxşı rəqibdir. Çox yaxşı oyun üslubuna malikdir. Ən azından azarkeşlər üçün maraqlı oyun olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right