"Olimpiya"nın baş məşqçisi: "Qarabağ" favoritdir, qrupa düşmək şansımız bir faizdən yüksəkdir"

Sloveniya "Olimpiya" klubunu baş məşqçisi Joao Henrikeş Lyublyanada “Qarabağ”a qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin sabahkı ilk oyunu ərəfəsində mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Azərbaycan çempionunun daha şanslı olduğunu etiraf edib: 

“Avropa Liqasının təsnifat mərhələsinin pley-off mərhələsində yer aldığımız üçün şadıq. Oyunçular həyəcanlı və çağırışa hazırdırlar.“Qarabağ”a qarşı şanslarımız? Onlar təbii ki, “Qalatasaray”la oyundakından daha yüksəkdir. Amma dürüst olmalıyam. “Qarabağ”ın oyunlarına baxanda çox yaxşı komanda görürəm. Onlar həm kollektiv, həm də fərdi olaraq güclüdür. Evdə oynayırıq, amma avrokubokların qrup mərhələsində müntəzəm çıxış etmək təcrübəsi olan rəqibimiz var. Hətta büdcə məsələsində də Azərbaycan komandası ilə bizi müqayisə etmək olmaz. “Qarabağ” favoritdir, amma qrupa düşmək şansımız bir faizdən yüksəkdir.“Qarabağ”ın gücü barədə futbolçularımla eyni şeyi sizə deyəcəyəm. Düşünürəm ki, “Qarabağ” keyfiyyət baxımından “Ludoqorets”lə “Qalatasaray” arasındadır. Ümumilikdə Bolqarıstan klubundan güclü olsa da, ayrı-ayrı məqamlarda eyni səviyyədədir. “Qarabağ”ın bəzi futbolçularını Portuqaliyada oynadıqları üçün tanıyıram. Düşünürəm ki, yaxşı təzyiq göstərəcəklər, çünki bu, onların güclü tərəflərindən biridir. “Qarabağ”ın müdafiəsi də çox yüksək səviyyədədir. Bizi Polşa çempionuna uduzaraq Çempionlar Liqasının vəsiqəsindən kənarda qalan güclü rəqibi gözləyirik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right