"Qarabağ" kimi keyfiyyətli rəqibə qarşı azlıqda oynamaq çox çətindir"

Finlandiyanın "Helsinki" klubunun baş məşqçisi Toni Korkeakunnas Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a Helsinkidə məğlubiyyəti (1:2, ilk oyun - 1:2) şərh edib.

Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan finlandiyalı məşqçi uğursuzluq barədə bunları deyib:

"Mən ilk növbədə oyunçularıma görə məyus oldum. Erkən qol vurduq, amma sonra qırmızı vərəqə aldıq. Bu səbəbdən matçın mənzərəsi bir qədər dəyişdi. "Qarabağ" kimi keyfiyyətli rəqibə qarşı azlıqda bu qədər uzun müddət oynamaq çox çətindir. Ən üzücü məqam isə rəqibə qarşı hansısa həmlə edə bilməmiyimizdir. Təbii ki, məyusuq, amma eyni zamanda, komandanın belə çətin vəziyyətdə bu cür oynaması və cəhd etməsi ilə fəxr edirəm. Demək olar ki, bütün matçı azlıqda keçirsək də, cəmi bir top fərqi ilə uduzduq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right