Qurban Qurbanov: "Çox böyük gərginlik var idi"

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələdiniun cavab oyununda Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Çox böyük gərginlik var idi. Oyuna yaxşı başlamışdıq. Sadəcə ilk dəqiqələrdə buraxılan qol futbolçularda ruh düşkünlüyü yaratdı. Amma sonra oyunu ələ almağı bacardıq. Yaxşı qalibiyyət oldu. Əvvəl də demişdim ki, çox intizamlı komandaya qarşı oynayırıq. Azlıqda qaldılar, yenə məğlub olmaq istəmirdilər. Sona kimi döyüşdülər, mübarizə apardılar. Rəqib öz oyunumuzu istədiyimiz kimi göstərməyə imkan vermədi. Qarşıdakı günlərdə digər oyunlara hazırlaşmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right