"Qarabağ"ın oyununa satılan biletlərin sayı məlum oldu

"Qarabağ" Avropa Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Finlandiyada HİK-in qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, qarşılaşma üçün satılan biletlərin sayı bəlli olub. "Bolt Arena"da keçiriləcək matça artıq 5500 bilet satılıb. Stadionun tamaşaçı tutumu 10 000 nəfərdir.

Qeyd edək ki, HİK - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 20:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right