“Qarabağ”a da dəstək olmaq lazımdır ki, gərginlik azalsın" - Kevin Medina

“HİK haqqında ətraflı məlumata sahib deyildik, çünki daha əvvəl qarşılaşmamışdıq. Bugünkü oyun göstərdi ki, ciddi rəqibdir. Lakin onların sərgilədikləri futbola layiqli cavab verə bildik”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Finlandiya çempionu HİK üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib. 

O, matçın əvvəlində komanda yoldaşı Elvin Cəfərquliyevlə aralarında yaranmış mübahisə barədə bunları söyləyib: “Futbol dialoqlar üzərində qurulur. Oyun ərzində belə epizodlar çox olur. Həmin an da sadəcə oyun epizodu idi. Nəzərə almaq lazımdır ki, stadionda azarkeşlərin səsindən bir-birimizi eşitmirik. Buna görə də bəzən ucadan qışqırmağa məcbur qalırıq. Ola bilər kənarda mübahisə edirik kimi görsənə bilər. Əslində isə bu, normal dialoqdur”. 

Kolumbiyalı müdafiəçi “Rakov”la oyundan sonra təzyiqlərə məruz qalmaları barədə də danışıb: “Mediada, sosial şəbəkələrdə yazılan fikirlər bizə təzyiq etmir. Təzyiqi meydanda hiss edirik. Mənə elə gəlir ki, mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdır. Çünki illər boyu “Qarabağ” azarkeşlərinə sevinc yaşadıb. Bu halda komandanın üzərinə bu qədər gedilməsini anlaya bilmirəm. Digər klublar kimi, “Qarabağ”a da dəstək olmaq lazımdır ki, gərginlik azalsın”. 

Medina “Rakov”la oyun daha çətin oldu, yoxsa HİK-lə?” sualını belə cavablandırıb: “Hər oyun yeni tarixdir, fərqlidir. “Rakov”la qarşılaşmalar artıq geridə qalıb”.

“Qarabağ”ın müdafiəçisi mərhələ adlamaq şanslarını da dəyərləndirib: “Şans həmişə var. Üzərimizə düşən işləməkdir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayaq”.  

O, müdafiədə çox səhvə yol vermələrinin səbəbini belə izah edib: “Futbol səhvlərdən ibarətdir. Ümumi götürdükdə “Qarabağ” az qol buraxan komandalardandır. Rəqib də məhsuldar komandalardan sayıla bilər. Yaxaladıqları şansları dəyərləndirməyi bacarırlar. Rəqib təzyiq yaratdıqda bəzi epizodlarda ehtiyatsızlığa yol verdik. Bütün bunları yoluna qoymaq üçün daha çox çalışmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right