Qurban Qurbanov: "Bir az üstünlüyümüz var"

"Qarabağ" Avropa Liqası II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın HİK klubunu 2:1 hesabı ilə məğlub edib.

Newsport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik etmək istəyirəm. Çox gərgin oyun oldu. Ciddi rəqibə qarşı oynayırdıq. Hava çox isti idi. Futbolçular belə havada sona kimi dözdülər. Vacib qalibiyyət idi. Azarkeşlərə təşəkkür edirəm.

- Rəqibin qapıya 7 zərbəsi var idi, hamısı da dəqiq oldu. Bu, sizi düşündürür?

- Düzünü desəm, saymadım. Əsas öz qol epizodlarımız idi. İstifadə edə bilmədiyimiz yüz faizli fürsətlər var idi. Futbolçuları başa düşürəm. İstər-istəməz gərginlik var idi. Özünüz bilirsiz. Düşünürəm ki, cavab oyununda tam əksi olar. Daha yaxşı oyun göstərib qol epizodlarından istifadə edərik. Üzümüz həmişə gülür, problem yoxdur.

- Bu qələbə pley-off şanslarını nə qədər artırdı?

- Qələbə hər halda üstünlükdür. Hər qalibiyyət futbolçulara inam verir. Qol buraxandan sonra qol vurmaq vacib idi. Rəqibin qolundan sonra futbolçular sına bilərdilər. Amma get-gedə oyunu ələ ala bildilər. Bir az üstünlüyümüz var.

- HİK haqda ikinci "Rakuv" demişdiniz. Bu gün bunu görə bildiniz?

- Güclü, zəif deyə bilmərəm. Ümumi oyun modeli olaraq çox bənzəyirdilər. Bu arada, "Sabah"ı təbrik edirəm. İnanıram ki, cavab oyununda da yaxşı nəticə əldə edəcəklər, ölkəmizin reytinq xalını daha da yaxşılaşdıracaqlar.

- Stadionun ot örtüyü sizi qane etdi?

- Yaxşı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right