“Qarabağ”ın rəqibi Bakıya 21 futbolçu ilə gəlir

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Finlandiya təmsilçisi HJK Bakıya 21 futbolçu ilə gəlir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Maenpaa, 78. Aleks Ramula;

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;

Yarımmüdafiəçilər: 8. Filip Roqiç, 10. Lukas Linqman, 18. Topi Keskinen, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 56. Perparim Hetemay;

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 29. Entoni Olusanya, 37. Atomu Tanaka.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right