“Bizi “Qarabağ”la çətin səfər oyunu gözləyir” - Toni Korkeakunnas

Finlandiyanın HJK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin bacarıqlı və sürətli oyunçulardan ibarət fəal komanda olduğunu bildirib:

“Hər iki matçda Polşa çempionunu oyun baxımından üstələdilər. Rəqib bəzən xaotik oynasa da, futbolçuların anlaşması yaxşı səviyyədədir. Bizi səfərdə çətin oyun gözləyir”.

O, Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən “Qarabağ”a qarşı oynamayacağını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right