Finlandiyanın HİK klubunun baş məşqçisi Toni Korkeakunnas "Qarabağ"la Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu ərəfəsində Bakıda mətbuat konfransı keçirə bilməyəcək.
Newsport.az xəbər verir ki, Finlandiya klubu Azərbaycana səfər planında dəyişiklik edib.
Belə ki, onlar paytaxtımıza saat 22:15-də gələcək və bu səbəbdən oyundan əvvəl nə mətbuat konfransı, nə də açıq məşq keçirə biləcək.
“Qarabağ” – HİK oyunu sabah Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.