Bu gün Avropa Liqasında 2022/2023 mövsümünün final görüşü keçirilib.
Newsport.az-ın məlumatına görə, "Roma" və "Sevilya" klubları Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da üz-üzə gəlib. Əsas və əlavə vaxt heç-heçə yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub.
Burada daha dəqiq oynayan İspaniya təmsilçisi kuboka sahib çıxıb.
Avropa Liqası
Final
31 may
"Sevilya" (İspaniya) - "Roma" (İtaliya) 1:1 (4-1 PENALTİLƏR)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Qollar: Mançini(avtoqol) 55 - Dibala 35
“Sevilya”: Yassin Bunu, Aleks Telles, Nemanya Qudel, Louk Bade, Xesus Navas, İvan Rakitiç, Fernando, Brian Gil, Oliver Torres, Lukas Okampos, Yussef En-Nesiri
Ehtiyar oyunçular: Marko Dmitroviç, Alberto Flores, Karim Rekik, Qonsalo Montiel, Tanqi Nyanzu, Markao, Joan Jordan, Manu Bueno, Erik Lamela, Suso, Alexandro Qomes, Rafa Mir
Baş məşqçi: Xose Luis Mendilibar
“Roma”: Ruy Patrisiu, Kris Smollinq, Canluka Mançini, Rojer İbanyes, Leonardo Spinazzola, Nemanya Matiç, Brayan Kristante, Zeki Çelik, Paulo Dibala, Lorentso Pelleqrini, Temmi Abraham
Ehtiyat oyunçular: Pyetro Boer, Mile Svilar, Rik Karsdorp, Dieqo Loryente, Nikola Zalevski, Madi Kamara, Benjamin Tahiroviç, Edoardo Bove, Jorjinyo Veynaldum, Kristian Volpato, Stefan El-Şaaravi, Andrea Belotti
Baş məşqçi: Joze Mourinyo