Avropa Liqasında 1/4 final mərhələsinin cavab matçlarının ardından həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Newsport.az-ın məlumatına görə, bu ada "Sevilya"dan Yussuf En-Nesri, "Bayer"dən Adam Hlojek, "Yuventus"dan Adrien Rabyu və "Roma"dan Nemanya Matiç namizəddir.
UEFA-nın saytında azarkeşlərin səsverməsindən sonra qalibin adı açıqlanacaq.