Avropa Liqasında 1/8 final mərhələsinin püşük atılıb.
Newsport.az xəbər verir ki, turnirin favoritlərindən olan "Yuventus" "Frayburq"la üz-üzə gələcək.
"Fənərbaxça"nın bəxtinə isə "Sevilya" çıxıb. Pley-off mərhələsində "Barselona"nı turnirdən uzaqlaşdıran "Mançester Yunayted" "Betis"lə oynayacaq.
Avropa Liqası
1/8 final mərhələsi
"Sevilya" (İspaniya) - "Fənərbaxça" (Türkiyə)
"Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya)
"Bayer" (Leverkuzen, Almaniya) - "Ferentsvaroş" (Macarıstan)
"Union Berlin" (Almaniya) - "Union" (Belçika)
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya)
"Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya)
"Şaxtyor" (Ukrayna) - "Feyenoord" (Niderland)