UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.
Newsport.az-ın məlumatına görə, 16 matçda ümumilikdə 370000-dən çox tamaşaçı iştirak edib.
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.
Ən çox fanat isə "Roma" (İtaliya) - "Lüdoqorets" (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub.
Qeyd edək ki, "Qarabağ" qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. "Köhlən atlar" UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.