UEFA-dan "Qarabağ"ın rəqiblərinə cəza

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın "Nant" və Almaniyanın "Frayburq" klublarını cərimələyib.

 

Newsport.az xəbər verir ki, buna oktyabrın 13-də komandalar arasında Fransada keçirilmiş IV tur oyununda baş verənlər səbəb olub.

 

"Nant" azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyi üçün 20 min avro məbləğində ziyana düşüb. Kluba iki il sınaq müddəti verilib. Bu hal təkrarlanacağı təqdirdə, Fransa təmsilçisi növbəti avrokubok matçında tribunaları qismən bağlamalı olacaq.

 

"Frayburq" isə fanatların təxribatçı və təhqir xarakterli çıxışları ucbatından 15 min avro, tərəfdarların atəşfəşanlığına görə isə 30 min avro ödəcəyək. UEFA Bundesliqa klubuna da iki il sınaq müddəti təyin edib.

 

Qeyd edək ki, "Frayburq" səfərdə rəqibini 4 cavabsız qolla məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right