Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Avropa Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu ada “Monako”nun hücumçusu Kevin Volland layiq görülüb.

Almaniyadan olan 30 yaşlı futbolçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda Serbiyanın “Srvena Zvezda” komandasına 4:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vurub.

Xatırladaq ki, Avroliqada həftənin ən yaxşı oyunçusu adına Aitor Ruibal (“Betis”, İspaniya), Anders Dreyer (“Midtyulland”, Danimarka) və Lorentso Pelleqrini (“Roma”, İtaliya) də namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right