"Mərhələni "Qarabağ" da keçə bilərdi" - "Nant"-ın baş məşqçisi

"Qələbəyə baxmayaraq, mərhələni "Qarabağ" da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq".

Newsport.az-ın məlumatına görə, bunu Fransanın "Nant" klubunun baş məşqçisi Antuan Kombuare Yunanıstanda "Olimpiakos"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçından sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, son tur öncəsi bütün diqqətləri öz oyunlarında olub: "Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq".

Qeyd edək ki, G qrupunda 2-ci pilləni tutan "Nant" Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right