"Qarabağ" Avropa Liqası qrup mərhələsinin son turu çərçivəsində Bakıda "Frayburq"la qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə açıqlama verib:
“Biz də futbolçular olaraq sabahkı oyunun ciddiyətinin fərqindəyik. Ona görə də matça ciddi hazırlaşırıq. "Frayburq" çox güclü komandadır. Rəqibin güclü olmasında baxmayaraq, sabah azarkeşlərimizi sevindirməyə çalışacağıq".