Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun matçlarında ən çox qurtarış edən qapıçılar açıqlanıb.
Newsport.az-ın məlumatına görə, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də var. 28 yaşlı "əlcək sahibi" "Nant"la görüşdə 6 "seyv" edib.
5-ci turda "Şerif"in qolkiperi Maksim Koval və "Olimpiakos"dan Aleksandros Paxalakis 7 qurtarışla həftənin lideri olub. "Nant"ın çərçivə qoruyucusu Alfons Lafon da 6 dəfə komandasını qoldan xilas edib.
Qeyd edək ki, "Qarabağ" 5-ci turda səfərdə "Nant"a 1:2 hesabı ilə məğlub olub.