Avropa Liqasının 5-ci turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, “Renn”in hücumçusu Amin Quiri həftənin oyunçusu seçilib.
22 yaşlı futbolçu “Fənərbaxça” ilə görüşdə (3:3) dubl edib, bir qolun da ötürməsini verib.
Həftənin oyunçusu olmaq adına digər namizədlər isə Lük de Yonq (PSV), Robert Navarro (“Real Sosyedad”) və Omri Altman (AEK, Larnaka) idi.