"Rəqib həqiqətən çox yaxşı komandadır".
Newsport.az-ın məlumatına görə, bunu "Nant"ın futbolçusu Lüdovik Blas Fransada "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Görüşdə ilk qolun müəllifi olan 25 yaşlı yarımmüdafiəçi azarkeşlərin sonadək onlara dəstək olduğunu bildirib: “Olimpiakos”la qarşılaşmada olduğu kimi, yenə eyni şeyi etdik. Bütün bunlar “Nitsa” ilə oyundakı yüksək səviyyəli çıxışın mükafatıdır. Döyüşməyi sevirik".
Blas növbəti mərhələ şansları barədə də danışıb: "Püşkatmadan sonra hədəf qrupdan çıxmaq idi. İkinci yeri tutmağa çalışacağıq. “Qarabağ”la görüşdə olduğu kimi, son turda da inamlı olacağıq".