"Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq" - Zubir

"Futbolda belə hallar olur. Öz oyunumuzu göstərməyə çalışdıq. Təbii ki, son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq. Amma irəliyə baxmalıyıq. Bakıda "Frayburq"u məğlub etməliyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.

"Qrupdan çıxmaq hədəfimizdir. İnanıram ki, Bakıda istədiyimiz nəticəni əldə edəcəyik" - deyə o bildirib.

Zubir bu matçda möhtəşəm atmosfer olduğunu söyləyib: "Buraya qayıtmaq mənim üçün gözəldir. Fransada ailə üzvlərim, dostlarım var. Buna baxmayaraq, nəticəyə görə Nantdan məyus qayıdıram".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right