"İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq".
Newsport.az-ın məlumatına görə, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bildirib ki, futbolda ayıq və təvazökar olmaq lazımdır: "Biz hələ qara zolaqdan tam çıxmamışıq. Mənim üçün yaxşı nəticə ardıcıl 5-6 oyunda qələbə qazanmaqdır. Artıq 3 belə matçımız var. Deməli, nəsə başlayır, başımızı sudan çıxarırıq".
Onun sözlərinə görə, qapıçı Alban Lyafonun seyvləri komandasına qələbə qazandırdı: "Həmçinin İqnatius Qanaqonun qolu, daha əvvəl rəqib qapıçının oyunçumza ötürməsini qeyd etməliyik. Bu istiqamətdə irəliləməyə davam etməliyik"