"Fürsətləri qola çevirsəydik, fərqli olacaqdı" - Qara Qarayev

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Nant"la görüşündən sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, "CBC Sport"a açıqlama verən komandanın kapitanı Fransadakı məğlubiyyəti belə şərh edib:

"Komanda olaraq yaxşı hazırlaşmışdıq. Oyunun tempini əvvəldən planlaşdırmışdıq. Oyunun əvvəlində qoldan başqa hər şey xeyrimizə idi. İmkanlarımız olurdu. Rəqibə çox imkan verdik, lakin fərqi hesabla qələbə qazana bilərdik. Futbol belədir. Adımıza layiq şəkildə mübarizə apardıq. Fürsətləri qola çevirsəydik, fərqli olacaqdı. Bəlkə də, hesabın bizi qane etməyi arxayınlaşdırdı. Hələ heç nə bitməyib. "Qarabağ" Azərbaycanın adına yaraşan oyun sərgiləyir.

"Frayburq"un üstün tərəflərini bilirik. Performanslarına yaxından bələdik. Proqnoz verməyi özümə rəva bilmirəm. Yaxşı hazırlaşacağıq. Azarkeşlərimizin önündə istədiyimizi əldə edə bilərik. Biz növbəti mərhələyə adlamağa layiqik. Zədəm düşünürəm ki, ciddi deyil. Oynamağa davam etsəydim, daha pis ola bilərdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right