"Qarabağ" son dəqiqə qolu ilə "Nant"a uduzdu Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. "Atlılar" Fransada "Nant"ın qonağı olub. Görüş Fransa təmsilçisinin qələbəsiylə başa çatıb - 2:1. 

"Nant" Qanaqonun son dəqiqədə vurduğu qolla qalib gəlib. 

Qrupun digər matçında "Frayburq" evdə "Olimpiakos"la heç-heçə edib - 1:1.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

27 oktyabr

23:00. "Nant" (Fransa) - "Qarabağ" (Azərbaycan) 2-1

Qollar: Lüdovik Blas, 16 (1:0), Filip Ozobiç, 56-pen (1:1), Banaqo, 90+4 (2:1)

Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skite, Yorgen Burçard (hamısı Danimarka)

Nant, "Bojuar" stadionu

Xal durumu: "Frayburq" - 12. "Qarabağ" - 7. "Nant" - 3. "Olimpiakos" - 1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right