Riçard Almeyda: "Nant"la oyuna tam köklənmişik"

"Qarabağ"ın futbolçusu Riçard Almeyda sabah Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfərdə keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında oyuna hazır olduqlarını deyib:

"Fransaya dünən gəldik. Komandamız çox istəklidir. Buradan pozitiv nəticə ilə qayıtmağı çox istəyirik. "Nant"ın gücünə bələdik. Bilirik ki, çox yaxşı komandadır, keyfiyyətli oyunçuları var. "Nant" hər an oyunun nəticəsini dəyişə biləcək futbolçulara sahibdir. Amma biz oyuna tam köklənmişik, tam hazırıq. Belə dolu stadionlarda güclü komandalara qarşı oynamaq bizim özümüzün də xoşumuza gəlir. Ümid edirəm ki, Bakıya yaxşı nəticə ilə qaıdacağıq". 

Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Qarabağ" Bakıdakı 2-ci tur oyununda bu komandaya 3:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right