Xristo Yanev Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a penaltilər seriyasında (əsas vaxt 0:0) qalib gəldikləri oyunu şərh edib.
Newsport.az xəbər verir ki, mütəxəssis matçdan sonra bunları deyib:
“Bütün komandamı təbrik edirəm. Yaxşı taktika seçdik və iki oyunda da çox çalışdıq. Bolqarıstanda necə böyük komandanı məğlub etdiyimizi bilirlərmi? Bilmirəm. Rəqibin 17 illik təcrübəyə sahib baş məşqçisi var. Ötən il Çempionlar Liqasında “Benfika”nı məğlub ediblər, “Çelsi”yə uduzmayıblar”.