“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır

Avropa Liqası II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CSKA (Sofiya) - “Qarabağ” oyunu üçün vauçerlər bu gün saat 17:00-dan etibarən satışda olacaq.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşü “Natsionalen Stadion Vasil Levski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq. Biletlərin qiyməti 28 AZN-dir.

Qeyd olunub ki, "Qarabağ" azarkeşləri üçün “Natsionalen Stadion Vasil Levski” arenasında 800 yer ayrılıb.

Həmçinin klub azarkeşlərdən vauçerləri alarkən e-mail ünvanlarını düzgün qeyd etmələrini xahiş edib. Vauçerlər əldə edildikdən sonra, oyun gününədək, alış zamanı qeyd olunan e-mail ünvanına biletlər göndəriləcək.

Açıqlamada vurğulanıb ki, bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur. 

Qeyd edək ki, CSKA - “Qarabağ” oyunu iyulun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right