ÇSKA ardıcıl iki qələbə ilə “Qarabağ”a rəqib oldu

Avropa Liqasının 1-ci təsnifat mərhələsinə yekun vurulub.

Newsport.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə keçirilib.

“Qarabağ”ın “Vestri”yə qalib gəldiyi gündə daha 5 görüş baş tutub.

Ağdam təmsilçisinin potensial rəqiblərinin görüşündə ÇSKA (Sofiya) “Derri Siti”yə səfərdə də qalib gəlib. Beləliklə, Azərbaycan klubu növbəti raundda Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq və ilk oyunu evdə keçirəcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları

16 iyul

Derri Siti (İrlandiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 1:2 (ilk oyun 2:3)
Universitatya (Kluj, Rumıniya) – Dinamo (Kiyev, Ukrayna) 0:0, penaltilər 2:4 (0:0)
Aluminiy (Sloveniya) – Şerif (Tiraspol, Moldova) 0:1 (0:0)
Ferentsvaroş (Macarıstan) – Voyvodina (Serbiya) 3:0 (2:1)
Jilina (Slovakiya) – Hayduk (Split, Xorvatiya) 2:1 (0:2)
Vestri (İslandiya) – Qarabağ (Azərbaycan) 0:3 (0:3)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right