"Qarabağ" "Vestri"yə qarşı Yenilənir

Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, "Thróttarvöllur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. 

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.

Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

00:00. "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun

VAR: Tomaş Koçourek

AVAR: Ondrjey Berka

İlk oyun - 0:3





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right