UEFA-nın rəsmi saytı Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələlərinin açılış oyunlarının nəticələrini şərh edərkən, “Sabah” və “Qarabağ”ın müvafiq olaraq, TNS(2:0) və "Vestri" (3:0) üzərindəki qələbələrinə də diqqət ayırıb.
Newsport.az xəbər verir ki, qurumun rəsmi saytı bunları yazıb:
"Ötən mövsüm ilk Azərbaycan çempionluq titulunu qazanan "Sabah" evdə Uels təmsilçisi TNS-ni 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasında ilk qələbəsi ilə yenidən tarixə düşüb.
Bu arada, "Qarabağ" Avropa Liqasına Avropa debütantı İslandiyanın "Vestri" komandasını 3:0 hesabı ilə məğlub etməklə başlayıb. Ölkəsinin ikinci divizionunda çıxış edən “Vestri” ölkə kubokundakı qələbə sayəsində avrokuboklara vəsiqə qazanıb və bu matç üçün İsafyordurdan Bakıya qədər 7000 kilometr məsafə qət etdilər".