UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Vestri” (İslandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Newsport.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 8-də saat 19:15-də “Azersun Arena”da baş tutacaq. Saat 19:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Komandanın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.
Qonaq komandanın baş məşqçisi Daniel Osafo-Badunun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:30-da start götürəcək. İslandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi bu arenada keçiriləcək və saat 18:00-da başlayacaq.
Media mənsubları akkreditasiyalarını iyulun 8-də 11:00-dan 17:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat otağından götürə bilərlər.
Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da başlayacaq.