İsland klubu “Qarabağ”la oyuna görə azarkeşlərə müraciət etdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Vestri” azarkeşlərinə müraciət edib.

Newsport.az-ın xəbərinə görə, İslandiya klubunun sosial media hesabı vasitəsi ilə yaydığı müraciət fanatların Bakıya mümkün səfəri ilə bağlıdır. Müraciətdə bildirilib:

“Bakıya getməyə hazırsınız?

“Vestri” klubu Azərbaycandakı Avropa kuboku oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat - red.) olacağı gözlənilir.

Şərhlərdə fikrinizi yazın, sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik”.

Qeyd edək ki, “Qarabağ”la “Vestri” arasında ilk oyun iyulun 9-u Bakıda, cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right