"90 dəqiqəmiz var, sona qədər mübarizə aparcağıq" "Sabah"ın forvardı

“Sabah”ın hücumçusu Pavol Şafranko Sportal.az saytına açıqlama verib.

Newsport.az xəbər verir ki, slovakiyalı forvard Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Çelye” ilə görüşdəki (2:3) məğlubiyyəti şərh edib:

"Matça yaxşı hazırlaşmışdıq. Meydanda da əlimizdən gələni etdik. Yaxşı oynadığımızı düşünürəm. İki qol da vurmağı bacardıq. İkinci hissə bir az fərqli alındı. Təəssüf ki, son dəqiqədə buraxdığımız qolla meydanı məğlub tərk etdik. Hər halda, qarşıda cavab görüşümüz var. Həmin görüşə hazırlaşırıq və bu oyunu düşünürük. Qarşıda 90 dəqiqəmiz var, sona qədər mübarizə aparacağıq".

“Çelye” ilə matçda dubl edən Şafranko öz performansını da dəyərləndirib: “Mən meydana çıxıramsa, komandaya daim kömək etməyə çalışıram. Bu görüşdə də ən yaxşısını etmək istəyirdim. Təbii ki, uğurlu nəticə üçün mübarizə aparırdıq. Mərhələni keçmək şansımızın nə qədər olduğunu yalnız Allah bilir. Biz hazırlaşacağıq və uğurlu nəticə üçün oynayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right