"Qarabağ"ın Avropa Liqasında da potensial rəqibi məlum oldu

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə, kiminlə qarşılaşacağı məlum olub. Ağdam təmsilçisi "Linkoln" səddini keçə bilməsə, Avroliqada "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) cütünün məğlubu ilə üz-üzə gələcək.

"Qarabağ" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlsə, məhz "Lüdoqorets" - "Dinamo" cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right