"Zirə" azarkeşlər üçün nəqliyyat vasitələri ayıracaq

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununa gəlmək istəyən azarkeşləri daşınması üçün klub tərəfindən nəqliyyat vasitələri ayrılacaq.

Newsport.az xəbər verir ki, nəqliyyat vasitələri 18 iyul saat 17:30-dan 18:00-dək metronun “Koroğlu” stansiyasından “Dalğa Arena”ya yola düşəcək.

Qeyd edək ki, "Zirə" - "Şerif" qarşılaşması sabah saat 20:00-da start götürəcək. Komandalar arasında Moldovada keçirilən ilk matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right